<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Bağışla, İlahi, Sən Özün bağışla,
 Bağışla sərtləşmiş, daş ürəkləri, bağışla.
 Baxaraq görməyən o gözləri bağışla,
 Eşidərək anlamayan o kəsləri bağışla.

[C1]
   Duymayan, görməyən, dərk etməyən, hiss etməyən,
   Sevməyən, sevdirməyən, ürəkləri isitməyən,
   Sənin şəfaqətindən bixəbər bəndələrini
   Bağışla, İlahi, Sən Özün bağışla.

[V2]
 Kim nə verə bilər Sənə? Dünyada nə varsa, Sənin.
 Nə gətirib bu dünyaya insan, nə də apara?
 Keçib - gedənə qəlbini, varlığını qurban verən,
 Məhv olanı əbədidən üstün sayanı bağışla.</lyrics>
<title>Bağışla, İlahi, Sən Özün bağışla İL384</title>
<hymn_number>384</hymn_number>
</song>